Qərbdə hibridlər benzinlə işləyən avtomobilləri üstələyib...

Tarixdə ilk dəfə...

...Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bu ilin ilk 9 ayında hibridlərin satışının benzin mühərrikli avtomobillərin satışından daha çox olduğunu bildirib. Blokda ümumi avtomobil satışları illik müqayisədə 6,1 faiz azalıb. Düşmə iki ay ardıcıl olaraq qeydə alınıb - 2022-ci ilin iyulundan bəri ilk dəfə.... İlk növbədə Almaniya, Fransa, İtaliya kimi ölkələrdə mənfi tendensiyalar müşahidə olunur.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, ilin cəmi 9 ayında 8 milyona yaxın avtomobil qeydiyyata alınıb ki, bu da ötən illə müqayisədə 0,6 faiz çoxdur. Ötən illə müqayisədə ən böyük artım İspaniya (+4,7 faiz) və İtaliyada (+2,1 faiz) qeydə alınıb.

...2024-cü ilin sentyabrında benzinlə işləyən avtomobillərin satışı 17,9 faiz azalıb, bütün dörd əsas bazarda ikirəqəmli azalma qeydə alınıb: Fransa -31,9 faiz, İtaliya -23,3 faiz, Almaniya -15,2 faiz, İspaniya -10 faiz.

Ötən ay benzinlə işləyən avtomobillər bazarın 29,8 faizini təşkil edib ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə (34 faiz) xeyli azdır.

Eyni zamanda, hibrid avtomobillərin payı ilk dəfə benzinlə işləyən avtomobillərin payından yüksək olub. Sentyabrda klassik hibridlərin qeydiyyatı 12,5 faiz artıb və hazırda bazarın 32,8 faizini təşkil edir. 2023-cü ilin sentyabrında hibridlər 27,4 faiz təşkil edirdi.

Elektrikli nəqliyyat vasitələrinin payı ildən-ilə artıb (indi 17,3 faiz, keçən il 14,8 faiz), lakin satış həcmi ilbəil 5,8 faiz azalıb. 9 ay ərzində ümumi bazar payı 14 faizdən 13,1 faizə qədər azalıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə