Maliyyə dələduzluqlarının qarşısı süni intellektlə alındı

Amerika Birləşmiş Ştatları bir ildə 4 milyard dollarlıq dələduzluğun süni intellekt vasitəsilə qarşısının alındığını açıqladı.

SİA xəbər verir ki, ABŞ-ın Xəzinə Nazirliyindən yayınlanan açıqlamada son dövrdə tətbiq olunan təkmilləşdirilmiş dələduzluqların aşkarlanma proseslərində süni intellekt istifadəsinə dair məlumatlar paylaşıldı. Burada dələduzluğun aşkarlanmasında süni intellektdən istifadə edildiyi qeyd edilərək bu metod vasitəsilə oktyabr 2023-sentyabr 2024 tarixlərini əhatə edən maliyyə ilində ümumilikdə 4 milyard dollardan artıq uyğunsuz və fırıldaqçı ödənişlərin qarşısının alındığı bildirildi.

Əlavə olaraq qarşısı alınan məbləğin təxminən 1 milyard dollarının çek dələduzluğu, 2,5 milyard dollarının isə yüksək riskli əməliyyatların müəyyən edilməsi və qarşısının alınması ilə bağlı olduğu qeyd edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə