Tarixin ən nadir və ən bahalı “Yaquar”ı 13 milyon avroya satılır
Londonda RM Sotheby's auksionunda 1957-ci il istehsalı olan Jaguar XKSS avtomobili hərraca çıxarılıb.
Hərracda satıçı idman avtomobili üçün 11 milyon funt-sterlinq (13 milyon avro) almağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hərrac evinin saytında məlumat verilib.
İddialara görə, Jaguar XKSS kabriolet Britaniya markasının tarixindəki ən qiymətli istehsal modelidir. Əslində, bu, dünyanın ilk superkarlarından biridir. XKSS əfsanəvi Le Mans 24 Saat yarışında üç dəfə qalib gələn Jaguar D-Type yarış avtomobilinin istehsal versiyasıdır. Onun diqqətəlayiq cəhəti o dövrdə alüminiumdan hazırlanmış innovativ monokok korpus idi.
Onun sayəsində Jaguar XKSS-in çəkisi cəmi 921 kq idi. 260 at gücü hasil edən 3,4 litrlik sıra altı mühərriklə kabriolet ilə 100 km/saat sürəti 5,2 saniyəyə yığa və 240 km/saata çata bilir.
Bu avtomobillərdən 25-nin istehsalı planlaşdırılırdı, lakin qalan yarımçıq avtomobillər Yaquar zavodunda baş verən yanğın nəticəsində məhv edildiyi üçün cəmi 16 superkar yığılıb.
Bu xüsusi XKSS həyatına Jaguar D-Type yarışçısı kimi başlamış, lakin sonradan yol avtomobilinə çevrilmişdir. İdman avtomobilinin çoxlu sahibləri var idi və müxtəlif vaxtlarda Böyük Britaniya, Avstraliya və Almaniyada kolleksiyalarda saxlanılırdı. Jaguar superkarı yaxşı qorunub saxlanılıb və çoxlu orijinal ehtiyat hissələri ilə verilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə