Hollivud ulduzu eksklüziv superkarlarını satır…

Hollivud ulduzu eksklüziv superkarlarını satır…

Bu arada amerikalı aktyor və güləşçi Con Sina qarajını boşaltmaq qərarına gəlib. Belə ki, o, nadir və eksklüziv superkarları satışa çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Focus yazır. Con Sina qarajının dolu olduğunu etiraf edib, ona görə də bəzi avtomobillərini satmaq qərarına gəlib.

Xüsusilə, 6600 km yürüşlü 2015-ci ilin unikal Ultima Evolution superkarı artıq 156 000 dollara satılıb.

Ultima Evolution 1020 at gücü hasil edən kompressorlu Chevrolet 6,8 litrlik V8 mühərriki ilə təchiz edilib. 100 km/saat sürətlənmə 2,3 saniyə çəkir, maksimal sürət isə 386 km/saatdır.

Lakin 1966-cı il Jaguar XJ13-ün kifayət qədər yüksək keyfiyyətli nüsxəsi hələ satılmayıb. Bu orta mühərrikli superkar yarış üçün buraxılıb. Avtomobilin yeganə prototipi qəza nəticəsində məhv olub, bundan sonra layihə bağlanıb.

Jaguar XJ13-ün bir nüsxəsi 300 at gücündən çox gücə malik 5,3 litrlik V12 inyeksiya ilə təchiz edilmişdir.

Avtomobilin kuzovu alüminiumdan, salonu isə bahalı dəri ilə işlənib. Superkarın yürüşü cəmi 355 km-dir.

Con Sinanın üçüncü avtomobili də orijinal deyil. Bu, Kanada istehsalı olan Lamborghini Diablo VT Roadster-in nüsxəsidir. İtalyan superkarı Jaguar XJ13 qədər detallı şəkildə yenidən yaradılmamışdır.

Avtomobilin dizaynında Chevrolet Camaro və Corvette hissələri istifadə olunur, lakin 5,0 litrlik V12 1988 BMW 750iL-dən götürülmüşdür.

Saxta Lamborghini-nin yürüşü cəmi 59 km-dir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə