"WhatsApp"dan videozəng "daha cəlbedici" olur

Milyonlarla insanın istifadə etdiyi onlayn mesajlaşma xidməti "WhatsApp" yeni funksiyalar əlavə etməyə davam edir. Bu yaxınlarda Meta AI-ni inteqrasiya edən Meta, profil şəkillərindən ekran görüntülərinin alınmasının qarşısını alıb və proqrama qrup zəngi bağlantısı və sevimli kontaktlar xüsusiyyətləri əlavə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müntəzəm olaraq hər ay yeni xüsusiyyət əldə edən "WhatsApp" bu yaxınlarda daha bir çox vacib yeniləmə alıb. Mesajlaşmadan kənara çıxan "WhatsApp" indi video zənglərdə tamamilə yeni təcrübə təklif edir.

Artıq istifadəçilər video zənglərdə filtrlərdən və yeni fonlardan istifadə edə biləcəklər. Video zənglər üçün əlavə edilmiş yeni fonlar və filtrlər arasında; İsti, soyuq, qara və ağ, xəyalpərəst və balıq gözü kimi variantlar var. Siz həmçinin qonaq otağı, ofis, çimərlik, meşə və gün batımı kimi fonlar arasından seçim edə bilərsiniz.

Video zəngləri çox daha zövqlü etməyi hədəfləyən Meta, "WhatsApp" üçün Rötuş və Aşağı İşıq seçimlərini də əlavə edib. Bu yolla daha canlı görüntülər əldə ediləcək. Gələn həftədən etibarən həm "Android", həm də "iPhone" istifadəçiləri bu funksiyanı almağa başlayacaqlar.

Bununla bağlı şirkətin rəsmi açıqlaması belə olub: “"WhatsApp"da söhbətlər həmişə əyləncəli və mənalı olmalıdır. İndi video zənglərinizi daha da cəlbedici etmək üçün filtrlər və fonlar təqdim edirik. Bu yeni effektlərlə siz indi fonunuzu dəyişə və ya daha şəxsi toxunuş üçün video zəng zamanı filtr əlavə edə bilərsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə