SpaceX şirkəti Starlink peyk internet xidmətinin istifadəçilərinin sayının 4 milyonu keçdiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu, cari ilin may ayından başlayaraq şəbəkənin son bir neçə ay ərzində daha bir milyon abunəçi əlavə etməsi ilə mümkün olub.
…Starlink aktiv şəkildə inkişaf edir. 2020-ci ilin oktyabrındakı sınaqdan başlayaraq, 2022-ci ilin dekabrına qədər müddətdə istifadəçilərinin sayı ilk milyona çatdı.
2023-cü ilin sentyabrına onların sayı 2 milyon, bu ilin mayında isə 3 milyon olub.
Bu gün Starlink 100-dən çox ölkə və regionu əhatə edən 6000-ə yaxın peyk vasitəsilə xidmətlər göstərir, həm fiziki şəxslərə, həm də böyük bizneslərə internetə çıxış təmin edir.
Starlink-in ilin sonuna qədər təxminən 6,6 milyard dollar gəlir əldə edəcəyi gözlənilir ki, bu da şirkətin iki il əvvəl təxminən 1,4 milyard dollar olan əvvəlki qazancından əhəmiyyətli dərəcədə çoxdur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə