Belarus öz mobil telefonunu yaratmağı vəd edir

…Lukaşenko sentyabrın 27-də Belarus Dövlət İnformatika və Radio Elektronika Universitetində (BSUİR) keçirilən “açıq mikrofon” formatında universitetinin mühəndis-texniki tələbələri ilə görüşdə Belarusun mobil telefonunun yaradılması haqqında danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BELTA yazıb. …Biz indi çox danışılan yerli mobil telefon da istehsal edəcəyik, - deyə o bildirib.

Yeri gəlmişkən qeyd edək ki, əvvəlki Belarus layihəsi olan – “yerli” noutbuk sonradan Çinli çıxmışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə