Ən bahalı Skoda Kodiaq necə görünür..?

Özü də zireh, siren və peyk rabitəsi ilə…

...Skoda Kodiaq krossoveri zirehli modifikasiya alıb. Bu, modelin bütün tarixində ən bahalı versiyasıdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun

təfərrüatları UTAC Special Vehicles şirkətinin saytında açıqlanıb.

Məhz bu (UTAC Special Vehicles) Britaniya şirkəti zirehli Skoda Kodiaq-ı yaradıb.

Maraqlıdır ki, onun varisi uzun müddətdir ki, satışda olsa da, ilk nəsil modeli təftiş üçün götürüblər.

Skoda Kodiaq krossoveri zirehli daxili kapsul və gülləkeçirməyən pəncərələr alıb. Onun dibi qumbaraatanın partlamasından qorunur, təkərlər isə deşildiyi halda sürməyə davam etməyə imkan verir.

Sınaq zamanı avtomobil 200 gülləyə tab gətirib. Bundan əlavə, zirehli Skoda Kodiaq siren və yanıb-sönən işıqlarla təchiz edilib, multimedia sistemi isə peyk rabitəsi ilə tamamlanıb. Krossoverin artan çəkisinin öhdəsindən gəlmək üçün asma və əyləclər təkmilləşdirilib.

Qeyd edək ki, UTAC Special Vehicles-dən Skoda Kodiaq-ın dəqiq qiyməti hələ açıqlanmayıb, lakin məlumdur ki, oxşar zirehlərə malik Skoda Superb 118 min funt sterlinqə (158 min dollar) başa gəlir. Hər halda, bu, tarixdə ən bahalı Skoda Kodiaq olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə