İlk Ferrari krossoveri ekstremal versiya aldı

Avtomobil latınca "döyüşçü" mənasını verən Pugnator adlandı…

...Ferrari Purosangue krossoveri qeyri-standart yüklü modifikasiya əldə edib. O, ekstravaqant tüninq layihələri ilə məşhur olan Alman Mansory studiyasında yaradılmışdır.

SİA-nın əldə etdiyi məlumata görə, Monakoda təqdim edilən yeni məhsul, Mansory saytında təsvir edilib.

…Mansory layihəni latınca "döyüşçü" mənasını verən Pugnator adlandırdı. Avtomobillər az miqdarda istehsal olunacaq və onların qiyməti təxminən bir milyon dollar olacaq.

Mansory-dən Ferrari Purosangue tüninqinə yeni karbon kuzov hissələri - kapot, aqressiv kuzov dəsti, tağ uzantıları və damdakı qanad daxildir.

Həmçinin yüngül çəkisi olan FC.5 döymə təkərləri də quraşdırılıb – qabaqda 22 düym və arxada 23 düym. Avtomobil xüsusi Vermillion albalı rənginə boyanmışdır. Ferrari Purosangue Mansory Pugnator-un salonu karbon lifi və qırmızı aksentli bahalı qar kimi ağ dəri ilə bəzədilib. Bundan əlavə, alüminium pedallar və dəri ayaqaltılar meydana çıxıb.

Bundan başqa, Ferrari Purosangue-nin tüninqi də mühərrikə təsir edib. 6,5 litrlik V12-nin gücü 755 at gücünə qədər artırılıb və 730 Nm, həmçinin daha yüksək səsli idman egzozu quraşdırılmışdır.

…Maksimal sürət 310 km/saatı ötür və orta yanacaq sərfiyyatı 17,5 l/100 km-dir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə