Renault Teslaya güclü rəqib təqdim edəcək

Alpine A390 öz xüsusiyyətləri ilə sizi təəccübləndirəcək

...Tezliklə Fransada Tesla Model Y-nin rəqibi təqdim olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Amerika brendinin ən ucuz krossoverinin daha bir rəqibi olacaq.

Avtomobillə bağlı yeni detallar ortaya çıxıb.

Renault-nun törəmə idman brendi olan Alpine altında yeni elektrik avtomobilinin debütü 2024-cü ilin oktyabrında Paris avtosalonunda baş tutacaq.

Beləliklə, “Carscoops” yeni Alpine A390 haqqında danışır.

2025-ci il Alpine A390 elektrik krossoveri bir neçə modifikasiya alacaq, üst versiyanın tam ötürücülü və 600 at gücünə malik olacağı gözlənilir.

Güc ehtiyatı təxminən 600 km-dir. Dizayn dinamik siluetlə idman üslubunda hazırlanacaq.

Bundan əlavə, Parisdə fransızlar digər yeni məhsullarını da nümayiş etdirəcəklər.

…Amma çoxdan gözlənilən ucuz krossover Renault 4 EV premyerasına hazırdır. Elektromobil bamperlərdə rənglənməmiş plastik hissələri alacaq ki, bu da onun yolsuzluq xarakterini vurğulayacaq. Lakin o, hələ də korpusun uzunluğu 4,2 m olan yığcam şəhər krossoveri olacaq.

Deməli, daha bir yeni məhsul Dacia-dan gəlir. Amma onun haqqında dəqiq məlumat verilməyib. Lakin bunun ailəvi krossover Dacia Bigster olacağı gözlənilir. Ucuz avtomobil 3-cü nəsil Duster-dən daha böyük olacaq və salonda yeddi nəfəri yerləşdirə biləcək. Renault həm də büdcə elektrik avtomobili Twizy-nin davamçısını hazırlayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə