"İnstaqram" yeni funksiyasını elan etdi

"İnstaqram" yeni funksiyasını elan edib. Bu xüsusiyyət sayəsində paylaşdığınız hekayələr nə ilə məşğul olduğunuzu ortaya çıxaracaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Meta"nın video və foto paylaşma platforması "İnstaqram", istifadəçilərə "Hekayə" paylaşımına şərh yazmağa imkan verəcək yeni funksiya hazırladığını açıqlayıb.

"İnstaqram" istifadəçilərin bir-biri ilə daha çox ünsiyyət qura bilməsi üçün yeni funksiya üzərində işləyir. "İnstaqram" bildirir ki, istifadəçilər istəsələr öz "Hekayələr"ində şərh yazmaq seçimini deaktiv edə bilərlər.

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq də şirkətin kanalında skrinşot yerləşdirib. "İnstaqram" rəhbəri Adam Mosseri daha əvvəl bildirmişdi ki, "Stories" formatı proqramın ən populyar xüsusiyyətlərindən biridir və əsas lentə məzmun yerləşdirməkdən daha geniş istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə