"Google" "qəbiristanlığa" daha bir funksiya göndərir

"Google" böyük və ya kiçik bir çox layihələrindən asanlıqla imtina etməsi ilə tanınır. Nəhəng şirkətin unutmağa məhkum etdiyi xüsusiyyətlərə başqa biri də qoşulub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Google" 2022-ci ildə mesajlar proqramında "YouTube" videolarına baxmağa imkan verən şəkil içində şəkil funksiyasını ləğv edir.

Bu funksiya ilə istifadəçilər mesajlar tətbiqinə göndərilən "YouTube" linklərinə tıkladıqları zaman tətbiqdən çıxmadan "YouTube" videolarına baxa bilirdilər. Lakin məlum olub ki, bu funksiya mesajlar proqramının ən son "beta" versiyasında silinib. İndi "YouTube" linkinə tıkladığınız zaman "Youtube" proqramı açılır. Bu funksiyanın tamamilə silinəcəyi və ya "Youtube Premium" istifadəçilərinə məxsus olacağı hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə