…ABŞ-da mükəmməl qorunub saxlanılan 1999-cu il Honda S2000 kabriolet tapılıb. Məşhur idman avtomobili cəmi 1200 km yol qət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Carscoops saytı məlumat yayıb.
Bu Honda S2000 idman avtomobili daxili Yapon bazarı üçün buraxılıb, ona görə də onun sükanı sağdadır. Daha sonra avtomobil Amerikanın Konnektikut ştatında dayanıb.
Honda S2000 cox az istifadə olunub, qarajda saxlanilib. Sportkar mükəmməl şəkildə qorunub saxlanılıb: onun kuzovu, salonu və güc bloku demək olar ki, təzə kimidir. Bu real vaxt kapsuludur.
İndi bu Honda S2000 kabrioletinin 125.000 dollara satılması planlaşdırılır. Ucuz bir model olsa da, qiymətlər indi uçdu və mükəmməl qorunan nümunələr 200.000 dollara başa gələ bilər.
…Honda S2000-in Yapon versiyası qlobal versiyadan bir qədər güclüdür. Yüksək dövrəli 2,0 litrlik dördlük 250 at gücünə malikdir. 6 pilləli mexaniki transmissiya ilə 1260 kq ağırlığında olan avtomobil 100 km/saat sürəti 5,4 saniyəyə yığa və 240 km/saata çata bilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə