General Motors 6500 dollara ucuz ailə elektrik avtomobili hazırlayır
...İkinci nəsil Wuling Hongguang-ın casus fotoları yayılıb. Miniven (kiçik furqon-A.B.) bu ilin sonuna qədər debüt edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “CarNewsChina” saytı yazıb.
General Motors-un mütəxəssisləri avtomobilin yaradılmasına qoşulublar, çünki Amerika konserni Wuling brendinin (Çin SAIC ilə birlikdə) ortaq sahibidir.
Brendin sırasına artıq çoxlu “sərfəli” elektrik avtomobilləri daxildir. Yeni Wuling Hongguang-ın qiyməti 46 500 ilə 60 900 yuana (6 500 - 8 500 dollar) arasında olacaq. Mikroavtobusun görünüşü dəyişib - kənarları daha hamar və rasional xətlərlə əvəz olunub, şüşə sahəsi artırılıb.
Wuling Hongguang 2024-ün ölçüləri:
uzunluq - 4515 mm;
eni - 1725 mm;
hündürlüyü - 1790 mm;
təkər bazası - 2850 mm.
Fotoda Wuling Hongguang salonu göstərilməyib. Məlumdur ki, miniven 5 və 7 oturacaqlı versiyalarda təklif olunacaq.
Yeni Wuling Hongguang iki versiyada təklif ediləcək, lakin onların elektrik mühərriklərinin gücü məlum deyil.
Standart variant təxminən 300 km məsafə qət edəcək. Onlar həmçinin kiçik 8,5 kVt/saat akkumulyator və elektrik enerjisi ilə 43 km məsafə qət edə bilən 105 at gücünə malik 1,5 litrlik benzin generatoru olan versiyanı təklif edəcəklər.
Kiçik radiator barmaqlığı ilə seçilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə