...BMW eyni vaxtda bir neçə yeni nəsil model hazırlayır ki, bu da xəttdə ən ucuz olacaq və 1-ci seriyanı əvəz edəcək. Avtomobillər daxiliyanma mühərrikləri əvəzinə yeni elektrik mühərrikləri alacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunlardan biri onlayn nümayiş etdirilib. Daha əvvəl BMW i1 və BMW i2 modellərinin dizaynı haqqında təfərrüatlar eləcə də məlumatlar ortaya çıxıb.
İndi rəssam avarvari 2027-ci ildə debüt edəcəyi gözlənilən avtomobilin mümkün görünüşü ilə bağlı fikirlərini hazırlayıb.
...İstehsal modellərinin bu görüntüyə bənzəyəcəyi məlum deyil. Lakin onlar BMW Vision Neue Klasse konseptini əsas götürdülər və bu, şirkətin növbəti modelləri üçün stilistik istiqaməti nümayiş etdirdi.
Məlumdur ki, ilk elektromobil kompakt hetçbek və sedan, ikincisi isə iki versiyada krossover kimi təqdim olunacaq. Yeni BMW elektrik avtomobillərinin Neue Klasse platformasında hazırlanacağı gözlənilir.
Avtomobillər arxa təkərli, ön təkərli və ya tam ötürücülü ola bilər. Yeni arxitektura geniş konfiqurasiyalar təklif edir. M bölməsinin idman versiyasında yeni BMW-lər tam ötürücülü transmissiyanın bir hissəsi kimi iki elektrik mühərriki ilə təchiz oluna bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə