Rusiyada kriptovalyuta fəaliyyətinin leqallaşdırılması haqqında qanun imzalandı
Rusiya prezidenti Vladimir Putin 2024-cü il avqustun 8-də ölkədə kriptovalyuta istehsalının leqallaşdırılması ilə bağlı qanun imzalayıb. SIA Kremlin rəsmi saytına istinadən xəbər verir ki, sənəd bu ilin noyabr ayında qüvvəyə minməlidir.
Yeni qanun qanuni olaraq kriptovalyuta istehsalını, bu cür fəaliyyətlərin aparılması üçün mümkün üsul və şərtləri, qanunun pozulmasına görə sanksiyaları və bir çox digər aspektləri müəyyən edir. Belə ki, ilk növbədə həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar bu işlə məşğul ola biləcəklər- müəyyən enerji istehlakı həddini aşmayaraq.
Kriptovalyuta fəaliyyəti ilə məşğul olan bütün sahibkarlar Rəqəmsal İnkişaf Nazirliyinin reyestrinə daxil ediləcək. Onlar əvvəlcə qanuna Rusiyada rəqəmsal valyutanın dövriyyəsini qadağan edən bənd də əlavə etmək istəyirdilər, lakin sonda bu bənddən imtina edildi. Bununla belə, limitsiz auditoriyaya kriptovalyutaların reklamına qadağa əlavə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə