Yeni Smart #5-in rəsmi fotoları yayılıb. Elektrik krossoveri avqustun 28-də Avstraliyada təqdim olunacaq və bu ilin dördüncü rübündə bazara çıxarılacaq.
SİA xəbər verir ki, bu barədə alman avtomobil istehsalçısının saytında məlumat verilib.
Smart #5 krossoveri sınaqlar zamanı orijinal kamuflyajında nümayiş etdirildi, lakin onun dizaynının təfərrüatlarını görmək olar. Bundan əlavə, elektrik avtomobilinin daha əvvəl casus fotoları internetdə yayılıb.
Yeni Smart #5 yüksək kapota və qalın şaquli dam sütunlarına malikdir. Orginal LED faraları və açılan qapı tutacaqları var. Bu, brendin tarixində ən böyük avtomobildir: ölçülərinə görə onu Tesla Model Y ilə müqayisə etmək olar.
Smart # 5-in ölçüləri:
uzunluq - 4705 mm;
eni - 1905 mm;
hündürlüyü - 1705 mm;
təkər bazası - 2900 mm;
çəki - 2450 kq.
Smart #5-in salonu açıqlanmayıb, lakin elektromobilin xüsusiyyətləri məlum olub. Krossover 335 və 358 at gücünə malik arxa ötürücülü versiyalarda istehsal olunacaq.
Maksimal sürət 200-210 km/saat olacaq. Smart #5 elektromobili 100 kVt/saat tutumlu akkumulyatorla təchiz olunacaq və onun hərəkət məsafəsi 700 km-ə çatacaq. 800 voltluq elektrik avadanlığı avtomobili sürətli rejimdə 15 dəqiqə ərzində doldurmağa imkan verəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə