Yeni Cobra idman avtomobilinin məxfiliyi ləğv edildi...

Yeni nəsil AC Cobra xətti tezliklə tamamlanacaq - kupe versiyası peyda olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Focus yazır. Hər kəs bilmir ki, əfsanəvi Cobra təkcə kabriolet kimi deyil, həm də kupe kimi mövcud olub.

Hardtop versiyaları əsasən yarış üçün yaradılmışdır. AC Cobra GT Coupe uzun kapotu və yuvarlaq fənərləri ilə klassik dizaynını qoruyub saxlayır.

Onun maili dam xətti və uclu quyruğu var.

Qeyd etmək lazımdır ki, yeni Cobra orijinal modeldən bir qədər böyükdür - uzunluğu 4,23 m və eni 1,98 m, təkər bazası 2,57 m-dir.

Bundan əlavə, kondisioner, dəri salon, elektrik şüşələr və multimedia sistemi çəki artırır. Klassik AC Cobra-da bunlar yox idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə