Ən kiçik Fiat elektrik avtomobili orijinal yay versiyasını aldı...

…Fiat Topolino 2024 xətti qeyri-standart Spiaggina variantı ilə genişləndirilib. Miniatür elektrik avtomobili orijinal çimərlik kabrioletinə çevrildi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milanın İnstaqram səhifəsində Castagna mağazası məlumat verib.

Qeyd edilir ki, Fiat Topolino-nun qeyri-adi tüninqini məhz bu şirkət həyata keçirib. O, belə kabrioletlərdə ixtisaslaşıb və əvvəllər Fiat 500-ü bu şəkildə modifikasiya edib.

Fiat Topolino-nun damı kəsilib, qapıları çıxarılıb, yerinə zolaqlı tente quraşdırılıb.

Elektrik avtomobili taxta ilə bəzədilib və xrom tutacaqlar quraşdırılıb - indi o, kiçik bir qayığı xatırladır.

Əlavə ödəniş üçün 30 sm uzadılmış modifikasiya mövcuddur. Onun üstünlüyü arxa baqajdır.

Fiat Topolino-nun güc aqreqatı dəyişməz olaraq qalır. Miniatür elektromobil 8 at güclü mühərrik və 5,5 kVt/saat batareya ilə təchiz edilib.

O, 45 km/saat sürətə çata və şarj etmədən 75 km qət edə bilir. Yeni Fiat Topolino Spiaggina standart modeldən xeyli bahadır. Əgər adi elektromobilin qiyməti 7544 avrodursa, o zaman kabrioletin qiyməti 25 min avrodan başlayır, uzadılmış versiyası isə 35 min avroya başa gələcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə