Çində "ChatGPT"-ə giriş bloklanacaq

...”OpenAI” iyulun 9-dan etibarən Çində “ChatGPT” xidmətinə girişi bloklamağı planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

...Bu hərəkət “OpenAI” dil modellərindən istifadə edən Çin startaplarına təsir göstərməlidir. “OpenAI” Çində öz xidmətlərinə çıxışı dəstəkləməsə də, istifadəçilər və tərtibatçılar onlardan şirkətin API vasitəsilə istifadə edə bilər.

Deyilənlərə görə, “OpenAI”-ni bu addımı atmağa vadar edən səbəblər aydın deyil. Bununla belə, şirkət bu yaxınlarda dezinformasiya yaymaq üçün süni intellekt modellərindən istifadə ilə bağlı əməliyyatları, xüsusən də Çində dayandırdığını bildirib.

Maraqlıdır ki, “OpenAI”-nin bu addımı Vaşinqtonun ABŞ texnologiya şirkətlərinə Çinin qabaqcıl ABŞ texnologiyalarına çıxışını məhdudlaşdırmaq üçün təzyiqi ilə üst-üstə düşür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə