İnsan beynini təqlid edən kompüter hazırlanır..?

Moskva Fizika və Texnologiya İnstitutunun alimləri insan beynini təqlid edən kompüter hazırlamaq üçün lazım olan ilk süni neyronun yaradılmasına başlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya”ya tərtibatçılar bildirib.

Onlar artıq beyin sinapslarının işini təqlid edərək memristorların (passiv elektrik elementi - Red.) hazırlanmasını öyrəniblər. Buna görə də, tədqiqatçılar sinir hüceyrəsinin analoqunu qura bilsələr, bu, onları neyron şəbəkəsinin fiziki təcəssümünə daha da yaxınlaşdıracaq.

Nanoelektronika üçün Funksional Materiallar və Cihazlar Laboratoriyasının baş elmi işçisi Anton Hanas, “Əgər siz onları insan beynində işlədiyi kimi birləşdirsəniz, ən yeni və ən qabaqcıl alqoritmlər aparatda daha səmərəli və tez yerinə yetiriləcək”-deyə bildirib.

Alimlər neyromorf kompüter yaratmağa müvəffəq olduqdan sonra o, dronların, robotların və digər cihazların hazırlanmasında istifadə oluna bilər.

Bunu tərtibatçılar əlavə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə