“TikTok” yeni sosial şəbəkəsini istifadəyə verdi

"TikTok” özünün yeni “Whee” adlı sosial şəbəkəsini istifadəyə verib. SİA xəbər verir ki, “APKMirror”un yaradıcısı Artem Russakovski “X” hesabında yeni proqramın test edildiyini, Google Play vasitəsilə yükləməyin mümkün olduğunu yazıb.

"TikTok"dan fərqli olaraq videoların yox, fotoların paylaşılması nəzərdə tutulan platforma hazırda bir çox ölkədə, o cümlədən, Türkiyə, Avstraliya, Tailand, Pakistan və digərlərində istifadəyə verilib.

Qeyd edək ki, proqram azərbaycanlı istifadəçilər üçün də əlçatan dir.

Bütün xəbərlər Facebook səhifəmizdə