Bill Qeyts yeni nəsil atom elektrik stansiyasının tikintisinə başlayıb

Bill Qeytsin şirkəti natrium reaktorlarından istifadə etməklə ABŞ-da və dünyada ilk atom elektrik stansiyasının tikintisinə başladı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, atom elektrik stansiyası 2030-cu ilə kimi fəaliyyət göstərməlidir. Qeyd edək ki, keçən ay ABŞ Nüvə Tənzimləmə Komissiyası Bill Geytsin TerraPower şirkətinin yeni nəsil atom elektrik stansiyalarının tikintisinə icazə almaq üçün müraciətini qəbul edib.

Yeri gəlmişkən, ABŞ 40 ildən artıq müddətdə ilk dəfə olaraq yüngül olmayan su reaktoru ilə kommersiya layihəsini təsdiqləyib.

Deməli, Vayominq ştatının Kemmerer şəhəri dünyanın ən müasir nüvə qurğusuna ev sahibliyi edəcək. Bu həftə burada “TerraPower” şirkəti tərəfindən layihələndirilmiş Natrium reaktorları əsasında gələcək atom elektrik stansiyasının təməli qoyulur.

...Qeyts bu kimi layihələrin "böyük və riskli ola biləcəyini" vurğulasa da, lakin onların gələcək üçün çox vacib olduğunu da əlavə edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə