Sadə bir məntiqi sual ən qabaqcıl süni intellekti belə çaşdırdı

...Süni intellektin tədqiqi üzrə qeyri-kommersiya təşkilatının tədqiqatçıları göstəriblər ki, hətta ən mürəkkəb dil modellərini belə sadə bir sual çaşdıra bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Naked Science yazır.

Hələ nəzərdən keçirilməmiş bir məqalədə tədqiqatçılar müxtəlif generativ süni intellekt modellərinə necə sual verdiklərini izah etdilər:

Alisin [X] qardaşları və [Y] bacıları var. Alisin qardaşının neçə bacısı var?

Cavab o qədər də çətin deyil. Məsələn, Alisin üç qardaşı və iki bacısı var, bu o deməkdir ki, qardaşların hər birinin iki bacısı və Alisin özü var.

Beləliklə, hər bir qardaşın üç bacısı olur.

Mütəxəssislər OpenAI modellərini sınaqdan keçirdilər: GPT-3, GPT-4 və GPT-4o; Anthropic Claude 3 Opus, Google-un Gemini və Meta-nın Llama modelləri, həmçinin Mistral AI-nin Mextral, Mosaic-in Dbrx və Coher-in Command R+.

Süni intellektə sual verildikdə məlum oldu ki, o, gözləntiləri doğrultmur.

Yalnız bir model, yeni GPT-4o, məntiq testində uğur qazandı. O biriləri başa düşə bilmirdilər ki, Alisa həm də ailəsindəki qardaşların hər birinin bacısıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə