İkonik brend smartfon bazarına qayıtdığını elan etdi

...HTC şirkəti, görünür, smartfon bazarına qayıtmaq ambisiyalarından əl çəkməyib və hətta yaxın günlərdə yeni buraxılış hazırlayır.

Cəsur dizaynlı qeyri-adi smartfonları ilə məşhur olan bir vaxtlar ikonik brend 12 iyun 2024-cü il tarixli reklam şəklini dərc edib. Bu gün yeni smartfon təqdim olunacaq.

SİA bu barədə UNIAN-a istinad edir.

Şayiələrə görə, şirkət orta büdcəli HTC U24 Pro modelini hazırlayır.

Hələlik insayderlər yalnız cihazın 12 GB RAM-a sahib olacağını və Snapdragon 7 Gen 3 prosessorunda işləyəcəyini bilirlər.

...İstifadəçilər qarşıdan gələn elanla çox maraqlandılar. Yazı Twitter-də 1,5 milyondan çox baxış toplayıb, on minlərlə bəyənmə və minlərlə repost olub.

Qeyd edək ki, məhz HTC şirkəti bir vaxtlar Android əsasında dünyanın ilk smartfonunu buraxıb. Bu, sürüşmə displey, fiziki klaviatura və 3G dəstəyi ilə HTC Dream idi. Şirkət uzun müddət bu bazarda liderlərdən biri olaraq qaldı, lakin sonradan VR-yə keçdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə