Cib telefonlarımızdan qulaqcıqlarımıza, avtomobillərimizdən kompüterlərimizə, təraş maşınlarımızdan saatlarımıza, әl burğulama maşınlarından tozsoranlara və hətta nəhəng qayıqlara qədər bir çox elektriklə işləyən cihaz və nəqliyyat vasitələri həyatın əvəzolunmaz hissələrinə çevrilib.
Simsiz texnologiyalara ehtiyacın artması daha çox enerjinin saxlanması ilә daha uzun vә tәhlükәsiz şәkildә istifadә edilmәsi mövzusunda böyük tәlәb yaradır.
Bu səbəbdən elm adamları hər gün daha çox enerji saxlaya bilən texnologiyalar inkişaf etdirmәk üçün ciddi sәylәr göstәrirlәr.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda, təkrar doldurulan batareyalar 3 əsas növə bölünür. Təkrar doldurulan batareya növləri Nikel Metal Hidrid, Nikel Kadmium və Litium-iondur.
Batareyaların getdikcə daha kiçik texnologiyalara uyğunlaşmasını və daha uzun yaddaş tutumlarına malik olmasını təmin etmək üçün aparılan araşdırmalar, demək olar ki, hər bir texnologiyanın faydalı olmasına kömək edir.
Yeni nəsil batareya və enerji saxlama sistemlərinin təhlükəsiz və ekoloji cəhətdən təmiz olmasına böyük әhәmiyyәt verilir. Belәliklә batareyaların davamlılığının artırılması hәdәflәnir. Bu sahədə xüsusilә xammalı əvəz edə bilən alternativ və təhlükəsiz həllər inkişaf etdirilir vә enerji saxlama mәhsulları bazarındakı qiymәtlәrin hər kəs üçün əlçatan olması hәdәflәnir.
Doldurula bilən, ətraf mühitə zərər vermədən təkrar emal edilə bilən, hətta ömür boyu istifadə edilәn bәzi yeni nəsil enerji saxlama texnologiyaları qlobal bazarda öz yerini tutmağa başlayıb.
Batareyalar ölkələrin gələcək illər üçün qarşıya qoyduğu sıfır karbon emissiyası hədəflərində mühüm rol oynayır. Türkiyə kimi bir çox ölkə "sıfır emissiya" hədəflərinə uyğun olaraq qalıq yanacaq istifadəsindən çox tez bir zamanda tamamilə imtina etməyi hədəfləyir.
Son illərdəki texnoloji inkişaflar sayəsində qlobal batareya bazarının 2027-ci ilə qədər 310,8 milyard dollara çatacağı gözlənilir. Qurğuşun turşusu, Li-ion və Nikel əsaslı batareyalar bazarın 95 faizini təşkil edir. Li-ion batareyalarının bazardakı payı 2020-ci ildə 44,2 milyard dollar olduğu halda, 2025-ci ilə qədər bu payın 94,4 milyard dollara çatacağı gözlənilir.
STM Texnoloji Düşüncə Mərkəzinin "Enerji saxlama texnologiyalarında әn son inkişaflar" adlı hesabatına görə, enerji saxlama texnologiyaları ilə bağlı 3 əsas batareya növündən tamamilə fərqlənən çox sayda araşdırmalar var.
İsveçin Çalmers Universitetinin tədqiqatçıları 10 dəfə çox enerji saxlaya bilən batareya hazırlamağa çalışırlar. Gələcəyin evlərini nəhəng batareyaya çevirmək potensialına malik olan bu texnologiya, qısa karbon liflərini sement əsaslı qarışıma yerləşdirməklə işləyir.
Araşdırma bu növ batareya texnologiyasının bu mərhələdə belә kifayət qədər enerji saxlaya bilməyəcəyini göstərsə də, bu mövzuda araşdırmalar davam edir.
Digәr araşdırma isә ‘‘Qrafen’’ batareya texnologiyaları ilә bağlı aparılır. Xüsusilə Tayvan və ABŞ şirkətləri ‘‘Qrafen’’ texnologiyasına böyük sərmayə qoyurlar.
Bununla belə, tədqiqatdan asılı olmayaraq, bütün elm adamları daha qısa müddətdə enerji doldura bilәn və daha uzun müddət enerji təmin edə bilən batareya texnologiyalarını inkişaf etdirməyə çalışırlar.
Batareya texnologiyalarının inkişafı üçün ən böyük fürsət, son illərdə geniş yayılan elektrikli nәqliyyat vasitәlәrinin daha geniş istifadә edilmәsidir.
Elektrikli nəqliyyat vasitələrinin istifadə müddəti, sürəti və gücü batareya texnologiyası ilə müəyyən edilir. Buna görə də, batareyanın səmərəliliyi və performansı elektrikli nəqliyyat vasitələrinin geniş istifadəsi üçün ən vacib problem olaraq qarşımıza çıxır.
Elektrikli nəqliyyat vasitələrində istifadə olunan batareyalar əsasən qurğuşun turşusu batareyaları, nikel-metal hidrid və litium-iondur.
Hər bir batareya növünün fərqli üstünlükləri və mənfi cəhətləri var. Litium-ion batareyaları daha yüngül və daha uzun ömürlü olması ilə tanınsa da, qurğuşun turşusu batareyaları daha sərfəli olması ilə seçilir.
Alimlərin ən böyük hədəfi yüksək tutumlu batareyalar istehsal edərək nəqliyyat vasitələrinin məsafəsini minlərlə kilometrə çatdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



