Azerconnect Group “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görüldü

Azərbaycanın ən böyük IKT şirkəti olan Azerconnect Group beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi elan edildi.

Azerconnect Group-un fəaliyyəti uğurlu strategiya, innovasiyaların tətbiqi, effektiv idarəetmə modeli, səmərəlilik,korporativ mədəniyyət və digər göstəricilər üzrə geniş təhlil edilərək qalib elan edildi.Tədbir zamanı mükafat Azerconnect Group-un Kommersiya üzrə baş müdiri Müşfiq Əliyevə təqdim olunub.Qeyd edək ki, “Best Managed Companies Azerbaijan 2024” mükafatı dünyanın ən böyük audit şirkəti olan “Deloitte” tərəfindən təsis edilib və hər il ölkənin özəl sektorunda fəaliyyət göstərən şirkətləri qiymətləndirir.

2013-cü ildən fəaliyyətə başlayan Azerconnect GroupMobil, İnternet, Beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media / Tv kimi rəqəmsal xidmətlərtəqdim edir. 3 mindən çox əməkdaşıolan Azerconnect Group 2023 və 2024-cü illərdə iş şəraiti və insan resursları göstəriciləriniqlobal meyarlar üzrə dəyərləndirən “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülmüşdür.

Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə