Telegram-da indi fakt yoxlama funksiyası var...

Android əməliyyat sistemi üçün Telegram-ın beta versiyasında Fact Check funksiyası aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu messencer haqqında xəbərlər üzrə ixtisaslaşmış Durov Code kanalı xəbər verir. Xüsusiyyət rəsmi olaraq elan edilməyib.

Mənbə kodundan belə çıxır ki, Telegram məlumatı yoxlayan agentliklərlə (onları milli hökumətlər tərəfindən təyin oluna bilər) əməkdaşlıq edəcək və paylaşımlarda izahatlar görünməyə başlayacaq.

Kanal iddia edir ki, adi istifadəçilər Fact Check vasitəsilə göstərilən məzmuna təsir göstərə bilməyəcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə