Apple ən nazik planşetlərini təqdim etdi...

“Apple” şirkəti OLED displeyli və 13 düymlük “Air” ekranlı yenilənmiş iPad Pro planşetlərini təqdim edib. Yenilənmiş iPad Pro Apple tarixində "ən incə cihaz"dır, onun qalınlığı 5,1 mm-dir.

Planşet süni intellektlə işləmək üçün M4 prosessoru və pik parlaqlığı 1600 nit-ə qədər olan Ultra Retina XDR matrisi ilə təchiz edilib.

SİA-nın əldə etdiyi məlumata görə, belə planşetin qiyməti 999 dollardan başlayır. Həmçinin, ilk dəfə olaraq cihazlar nanostrukturlu şüşə örtüyə malik olacaqlar.

Yenilənmiş iPad Air xəttinə 11 və 13 düymlük ekranlı qurğular daxildir. Onlar M2 çipi ilə təchiz edilib və daxili yaddaşın minimum həcmini 128 GB-a çatdırıblar.

Planşetin məhsuldarlığı 50 faiz artıb.

Bunu da Apple qeyd edib.

Bu cihazın qiymətləri 599 dollardan başlayır.

Cihazlar əvvəlcədən sifariş üçün mövcuddur və mayın 15-də mağazalarda görünməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə