TRT İspanca rәqәmsal yayım platforması yayıma başlayır

TRT İspanca rәqәmsal yayım platforması yayıma başlayır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) verdiyi bəyanata görə, qlobal media fəaliyyətləri ilə sərhədləri aşan qurum beynəlxalq rəqəmsal xəbər platformalarına bir yenisini də əlavə edir.
Türkiyənin səsini dünyaya çatdırmaq üçün səylərini davam etdirən TRT bu gün İstanbulda ''TRT-İspanca danışan ölkələrin I yayım sammiti''ni təşkil edir.
Sammit çərçivəsində TRT İspanca rəqəmsal xəbər platformasının təqdimatı da olacaq.
Sammitə İspaniya, Meksika, Kolumbiya, Argentina, Peru, Venesuela, Qvatemala, Ekvador və Boliviya da daxil olmaqla 18 ispandilli ölkələrin media orqanlarının 17 Baş direktoru, 21 jurnalist, media qurumlarından 16 idarəçi və Türkiyədə təhsil alan ispan tələbələr iştirak edəcək.
Sammitdə jurnalistlər üçün “Beynəlxalq jurnalistika” mövzusunda seminar da keçiriləcək.
Təqdimatdan sonra müxtəlif panel iclaslar da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə