Süni intellektlə idarə olunan təyyarə ilə insan təyyarəsi arasında döyüş...

...ABŞ-ın Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) Hava Döyüşünün Təkamülü proqramı çərçivəsində süni intellektin təyyarədə sınaqdan keçirilməsini uğurla həyata keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Verge” yayıb.

Təcrübə zamanı süni intellektlə idarə olunan X-62A təyyarəsi F-16-da insan pilota qarşı döyüşlərdə iştirak edib.

X-62A içərisində olan pilotlara AI-ni söndürmək imkanı verilsə də, lakin bu tələb olunmayıb.

Təyyarələr saatda 1931 kilometr sürətlə 609 metr məsafəyə yaxınlaşıb. DARPA döyüşdə hansı təyyarənin irəlidə olduğunu açıqlamayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin Test Pilot Məktəbinin baş sınaq pilotunun sözlərinə görə, hava döyüşləri avtonom süni intellekt sistemlərinin havada sınaqdan keçirilməsindən əvvəl mühüm addım olub.

DARPA Hərbi Hava Qüvvələrinin təhlükəsizlik protokollarına riayət etməklə döyüş təyyarəsini avtonom şəkildə idarə edə bilən süni intellekt sisteminin yaradılması üzərində işləyir.

Hazırda agentlik ümumilikdə 21 sınaq uçuşu həyata keçirib və 2024-cü il ərzində belə uçuşları həyata keçirəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə