“WhatsApp” daha bir yenilik etdi

“Meta” şirkətinə bağlı “WhatsApp” sosial platformasına yeni funskiya əlavə ediləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu yeniliklə istifadəçilər “WhatsApp”dakı hekayələri “İnstagram” hesablarında da paylaşa biləcəklər.

Sözügedən funksiya üzərində işlər aparılır, növbəti yenilənmədə istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə