Akkumulyatoru uzun müddət boşalmış vəziyyətdə qoymayın...

Telefonunuzun batareyasına bir çox amillər təsir edir, lakin onu yavaş-yavaş öldürə biləcək bir vərdiş var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, istifadəçilərin bəziləri belə hərəkətləri ilə batareyaya ciddi ziyan vurduqlarının fərqinə varmadan batareyanı daim sıfır faizə boşaldır. Hər bir cihaz batareyasının müəyyən bir xidmət müddəti olduğunu xatırlamaq vacibdir. Buna görə də telefonun daha uzun və normal işləməsi üçün onu düzgün idarə etmək lazımdır.

İstifadəçilərə akkumulyatoru uzun müddət boşalmış vəziyyətdə qoymamaq barədə xəbərdarlıq edilir. Çünki o, “dərin boşalma vəziyyətinə” keçə və işini dayandıra bilər. Bunun qarşısını almaq üçün şarj 20 faizə və ya daha da aşağı düşdükdə "aşağı güc rejimini" yandırmalısınız.

Bütün xəbərlər Facebook səhifəmizdə