“WhatsApp”dan daha bir funksiya - DİQQƏT!

Dünyanın ən geniş istifadəçi şəbəkəsinə sahib ünsiyyət proqramı olan "WhatsApp” daha bir böyük xüsusiyyətini açıqlayıb. SİA xəbər verir ki, qısa müddətdə bütün istifadəçilərinə təqdim edəcəyi xüsusiyyəti beta versiyada sınaqdan keçirən "WhatsApp” bu funksiya ilə istifadəçi şəbəkəsini daha da genişləndirməyi hədəfləyir.

"WhatsApp”ın tezliklə bütün istifadəçilərə təqdim edəcəyi funksiya budur: Mesajlarınız artıq "WhatsApp”da kilidlənəcək: WhatsApp ən son funksiyasını Chat Lock adlandırıb. Chat Lock funksiyası ilə siz indi söhbətlərinizi özünüzdə gizli saxlaya bilərsiniz. Saxlanmış söhbətləri kənardan oxumaq mümkün deyil. Bu söhbətdən gələn mesajlar üçün ad və ya mesaj məzmunu bildiriş ekranında görünməyəcək. Beləliklə, bir söhbəti qorumaq üçün bildirişləri gizlətməyə ehtiyac qalmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə