"WhatsApp"la bağlı xəbərdarlıq - DİQQƏT!

Son günlər "WhatsApp" tətbiqi vasitəsilə vətəndaşlara yüksək maaşlı iş tapmağı və 10 manat bonus qazanmağı vəd edən saxta mesajlar göndərilir. SİA xəbər verir ki, xarici ölkələrə məxsus və yaxud yerli nömrələrdən gələn saxta mesajlarda link göndərilir və ora daxil olaraq qeydiyyatdan keçmək tələb olunur. Bu zaman isə bank və digər fərdi məlumatlarınızı daxil etməyi istəyirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bununla bağlı vətəndaşlara müraciət edib. Bildirilib ki, fırıldaqçılar göndərdikləri məlumatlarda insanları şirnikləndirici mövzulara toxunurlar.

Elektron Təhlükəsizlik Xidmətindən o da bildirilib ki, ötən ilə nisbətən bu il də belə problemlərin sayında artım müşahidə olunur. Elektron Təhlükəsizlik Xidməti çağırış edir ki, vətəndaşlar diqqətli olmalı, tanımadıqları nömrələrdən gələn saxta mesajları açmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə