“İnstagram”ın “twiter” ilə rəqabət aparacaq yeni sosial şəbəkəsi

Kaliforniya Universitetindən olan sosial marketinq müəllimi Liya Xaberman tviter səhifəsində layihənin təsviri ilə bağlı paylaşım edib...

“İnstagram”ın top-menecerləri yayda “twiter” ilə rəqabət aparacaq mətn paylaşımları olan yeni sosial şəbəkənin buraxılmasını planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Bloomberg”ə xəbər verir ki, nəşrlə bağlı məhdudiyyət 500 simvol təşkil edəcək.

Yeni platformanı öncə onun yaradıcıları sınaqdan keçiriblər. Onlar bir neçə ay ərzində gizli olaraq hələ kütləyə açıq olmayan sosial şəbəkədə öz səhifələrindən istifadə ediblər. İndi yeniliyi adları çəkilməyən məşhurlar və nüfuzlu adamlar qiymətləndirir.

Kaliforniya Universitetindən olan sosial marketinq müəllimi Liya Xaberman tviter səhifəsində layihənin təsviri ilə bağlı paylaşım edib. Göründüyü kimi, o, sınaq keçirənlərin siyahısına daxil olub. Xabermanın sözlərinə görə, instaqram artıq 2023-cü ilin iyununda yeni sosial şəbəkənin təqdimatını edə bilər.

Paylaşımda qeyd olunur ki, sosial şəbəkə instaqram əsasında yaradılır və hər iki platformanın hesabları sinxronlaşdırıla bilər, lakin bu ayrıca tətbiq olacaq. Yenilik, həmçinin tviterin “Mastodon” kimi digər rəqibləri ilə də uyğunlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə