"İnstaqram" iyun ayında "tviter" ekvivalentini işə sala bilər

“İnstaqram”ın tərtibatçıları iyun ayında “tviter“ə oxşar mətn tətbiqini işə salmağı planlaşdırır. SİA xəbər veirr ki, bu barədə "Bloomberg" məlumat yayıb. Agentliyin məlumatına görə, hazırda proqram tərtibatçılar tərəfindən sınaqdan keçirilir. Eyni zamanda, yeni tətbiq "İnstaqram"ın bir hissəsi olmayacaq, lakin onun hesabını yeni xidmətlə əlaqələndirəcək. Bundan əvvəl sahibkar İlon Mask bildirmişdi ki, gələcəkdə özünün "tviter" şirkətinin işçilərini genişləndirmək niyyətindədir.

Mask hesab edir ki, "tviter" daha çox insanı işə götürməlidir. Bundan əlavə, o, şirkətin əvvəllər işdən çıxarılan işçilərini yenidən işə qəbul edəcəyini istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə