“Azərbaycan kibertəhlükəsizlik üzrə Avropa Konvensiyasına qoşulub” - ELMİR VƏLİZADƏ
“Azərbaycanın hərtərəfli tərəqqisi üzrə informasiya texnologiyalarında kibertəhlükəsizliyə yüksək qiymət verilib. Azərbaycan kibertəhlükəsizlik üzrə Avropa Konvensiyasına qoşulub”. SİA xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Azərbaycanda “Kibercinayət və kibertəhlükəsizlik barometri” nəticələrinin təqdimatı ilə bağlı konfransda söyləyib.
O bildirib ki, ölkəmizdə kibertəhlükəsizlik yüksək səviyyədə təmin olunur. Beynəlxalq Telekommunikasiya İttifaqının hazırladığı kibertəhlükəsizlik üzrə sonuncu indeksdə Azərbaycan 169 ölkə arasında 15 pillə irəliləyərək 40-cı pilləyə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB