İctimai USB yuvalarından istifadə etmək təhlükəlidir? - MÜTƏXƏSSİS AÇIQLADI
“Son zamanlarda otellerdə, kafe və restoranlarda, alış-veriş mərkəzlərində, bir sözlə xalqa açıq bir çox məkanda USB yuvalarına rast gəlirik. Təbii ki bunların əsas məqsədi hər hansısa bir istifadəçinin mobil cihazına təcili enerji olar və ya yanında “powerbank” və ya başqa bir enerji yuvası olmaz kimi hallarda istifadə üçündür”. Bu sözləri SİA-ya açıqlamasında SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov deyib.

Onun sözlərinə görə, amma xalqa açıq bu USB yuvalar bir o qədər təhlükəli də ola bilər: “Çünki bu kimi hər kəsə açıq olan mənbələr zərərli “script”lərin yayılması üçün ən əlverişli yerdir. Bununla bağlı FBI tərəfindən rəsmi xəbərdarlıq da olunub”.
Murad Yazimov sözlərinə belə davam edib: “Bacardığınız qədər bu kimi hər kəsə açıq USB yuvalarından və “wifi”lərdən uzaq durun.
Hər kəsə açıq olan USB girişindən yayılan zərərli bir “script” bizim cihazımızdan rahatlıqla məlumat oğurluğu edə bilər. Foto, Epoct, şəxsi hesablar şifrələr və bank kartı məlumatları oğurlana bilər.
Düzdür, cihazları hər hansısa bir USB girişinə qoşduqda bizə fayl transferinə icazə verilsin və ya verilməsin xəbərdarlığı olunur. Həmçinin “iPhone” cihazlarında bunun qarşısını maksimum almaq üçün müəyyən təhlükəsizlik parametrləri var. Amma bunlar təhlükəsizliyi tam təmin edəcək demək deyil. Bu zərərli “script”lər bu kimi hallarda da işləmək və o təhlükəsizlik parametrlərinden keçmək üçün proqramlaşdırılır. Bunun nəticəsində də sizin cihazınızdan istənilən hesablar, şifrələr və ya kart məlumatları oğurlana bilər. Bunun üçün də xalqa açıq bir yerdə cihazınızı adapterə taxacaqsınızsa, məsləhətdir ki, öz USB və başlığınızdan istfadə ederək bildiyimiz enerji yuvalarından yararlanın”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB