Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır - DİQQƏT!

Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır - DİQQƏT!

Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır. SİA xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yeni funksiya istifadəçinin hesabından eyni vaxtda 4 cihazdan istifadə etməyə imkan yaradacaq.

Bunun üçün isə tətbiqin ən son beta versiyasını quraşdırmalı və qeydiyyat ekranında “Cihazı əlaqələndir” seçimini etməlisiniz. Daha sonra əsas cihazdakı parametrlər bölməsində "Cihaz bağlantısı" bölməsinə keçməlisiniz və hesabınızı sinxronlaşdırmaq üçün QR kodu oxutmalısınız.

Yeniliyin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı isə hələlik bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə