"İMECE"-nin kosmosa göndərilməsi prosesi bir daha təxirə salındı

14 aprel cümə günü saat 09.48-ə təxirə salınan buraxılışın dəqiq tarixi və vaxtının daha sonra elan ediləcəyi bildirilib.
"İMECE"-nin kosmosa göndərilməsi prosesi bir daha təxirə salındı

Türkiyədə yerli və milli qaynaqlarla istehsal edilən ilk yüksək keyfiyyətli müşahidə peyki olan “İMECE”nin orbitə buraxılacağı tarix bir daha təxirə salındı. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) "Twitter" hesabından edilən paylaşımda "İMECE" peykini orbitə daşıyacaq "Falcon 9" raketinin əməliyyatından məsul olan "SpaceX" bu gün fırlatmanın mümkün olmadığını rəsmən açıqladığı bildirilib.

Açıqlamada 14 aprel cümə günü saat 09.48-ə təxirə salınan buraxılışın dəqiq tarixi və vaxtının daha sonra elan ediləcəyi bildirilib.

Digər tərəfdən, "SpaceX"-in tviter hesabındakı paylaşımda əlavə vaxtın komandalara uçuşdan əvvəl yoxlamaları tamamlamağa və hava şəraitinin yaxşılaşmasına imkan verəcəyi qeyd olunub.

Məlumat üçün qeyd edək ki, "İMECE" peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyenin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə