Türkiyənin ilk milli müşahidə peyki “İMECE” üçün geri sayma başladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli və milli qaynaqlarla istehsal edilən ilk yüksək keyfiyyətli müşahidə peyki olan “İMECE”nin aprelin 11-də orbitə buraxılacağını bildirdi.
Türkiyənin peyk texnologiyalarında xaricə asılılığını azaldacaq “İMECE" peykinin kosmik səyahəti üçün geri sayım başladı.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Prezident Ərdoğan sosial media hesabından verdiyi açıqlamada yazıb: “Yerli və milli vasitələrlə istehsal etdiyimiz ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz “İMECE” aprelin 11-də kosmosda orbitə buraxılacaq”.
Paylaşmada Türkiyə bayrağı emojisi və “İMECE”nin xüsusiyyətlərinin göstərildiyi şəkil də yer alır.
TÜBİTAK (Kosmik Texnologiyalar Araşdırma İnstitutu) tərəfindən hazırlanan “İMECE” R.T.Ərdoğanın videobağlantı ilə qatılacağı, paytaxt Ankarada keçiriləcək mərasimlə aprelin 11-də Türkiyə vaxtı ilə saat 09:50-də kosmik daşıyıcı “Space X” tərəfindən orbitə buraxılacaq.
680 kilometr yüksəklikdə Günəşlə eyni vaxtda orbitdə fəaliyyət göstərəcək “İMECE” coğrafi məhdudiyyət olmadan dünyanın hər yerindən görüntülər çəkə biləcək, hədəf aşkarlama, xəritəçəkmə, kənd təsərrüfatı tətbiqləri və təbii fəlakətlər kimi bir çox sahədə Türkiyəyə xidmət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB