Suya saldığınız telefonunuzu necə "xilas" etməli?

İstifadəçilərin çoxu telefon suya düşəndə nə edəcəyini bilmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, telefonu sudan çıxardıqdan sonra dərhal onu yandırmayın.

Çünki telefonu nəmli halda işə salsanız, qısaqapanma və həddindən artıq istiləşmə riski ilə qarşılaşacaqsınız. Bu da cihazın zədələnməsinə gətirib çıxara bilər

Bu zaman hər kəsin ilk ağlına telefonu fenlə qurutmaq gəlir. Saç qurutma maşını ilə telefonu qurutmaq isə çox da məsləhət deyil. Çünki bu zaman cihazın içərisindəki həssas elementlər zədələnə bilər. İçəridən su üfürmək cəhdləri də əksər hallarda nəticəsiz qalır.

Ona görə də ilk olaraq batareyanı telefondan çıxarın. Qeyd edək ki, bu, tezliklə edilməlidir. Daha sonra SİM kartı çıxarın və telefonun mümkün qədər açıq havada saxlayın. Örtüyü çıxarmağınız da tövsiyə edilir. Çıxardığınız hissələrin quru olduğuna əmin olun. Sonra telefonu düyünün içinə qoyun. Əvvəlcə telefon quru salfetlə bükülməli, sonra isə düyüyə qoyulmalıdır. Düyü cihazın içərisində qalan nəmi udacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə