Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazandı

Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb. Təmsilçimiz Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə üstələyib.

Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub. Beləliklə, Avropa çempionatının altıncı günündə Azərbaycan güləşçiləri iki medal qazanıblar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə