Azərbaycan Basketbol Liqasında ilk finalçı "Sabah" olub

Azərbaycan Basketbol Liqasında ilk finalçı "Sabah" olub

"Sabah" Azərbaycan Basketbol Liqasında finala yüksəlib.

SİA xəbər verir ki, Bakı təmsilçisi yarımfinalın ikinci oyununda da "Gəncə"ni məğlub edib - 78:73.

“Bayquşlar” seriyanın birinci görüşündə 95:67 hesablı qələbə qazanmışdılar.

Digər yarımfinal oyunu aprelin 27-də "Neftçi" və "Abşeron Lions" komandaları arasında olacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə