Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
SİA xəbər verir ki, Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram), Giorgi Meşvildişvili (125 kiloqram) qüvvəsini sınayacaq.
Bundan başqa, İslam Bazarqanov (57 kiloqram) qızıl medal üçün Musa Mehtixanovla (UWW) üz-üzə gələcək. Cəbrayıl Hacıyev (79 kiloqram ) isə bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB