Azərbaycan Cüdo Federasiyası Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə aprelin 25-də Naxçıvan şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Bu barədə SİA-ya ACF-dən məlumat verilib.
Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB