Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan SİA-ya bildirilib ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə