Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulur

Azərbaycan Basketbol Liqasında XV tura bu gün yekun vurulacaq.

SİA-nın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

A qrupunun "Gəncə" - "Şəki" görüşü saat 14:00-da, NTD - "Neftçi" matçı saat 18:00-da start götürəcək.

"Neftçi" bu qrupda 20 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan "Gəncə" dördüncü sıradadır. Beşinci yerdəki "Şəki"nin, altıncı mövqedəki NTD-nin 16 xalları var.

Qeyd edək ki, XV turda "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə