Yuventus"un direktoru, əfsanəvi keçmiş futbolçu Corcio Kyellini Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri "Qalatasaray" və onun hücumçusu Viktor Osimhen barədə maraqlı açıqlama verib. "Sky Sports"un məlumatına görə, C. Kyellini İstanbul təmsilçisinin gücünü xüsusi vurğulayıb: "Bu, güclü oyunçuları olan komandadır. Biz hamımız Viktor Osimheni yaxşı tanıyırıq, lakin onların heyətində başqa vacib oyunçular da var".
Daha sonra Kyellini V. Osimhen barədə zarafat edib: "Vaxtilə ona qarşı oynamaq istərdim. Amma bu gün onun qarşısında heç 2 dəqiqə də tab gətirə bilmərəm".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB